"Real Madrid" yeni transferini açıqladı

İspaniyanın “La Liqa” nəhəngi “Real Madrid” “River Pleyt” klubunun gənc futbolçusu Franko Mastantuononu transfer etdiyini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, klub 17 yaşlı sağ cinah oyunçusunun transferi üçün 45 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirib.
Komandanın baş məşqçisi Karlo Ançelottini yola salaraq yerinə Xabi Alonsonu gətirən “Real Madrid” yay transfer dönəminə iddialı başlayıb. “Los Blankos” ləqəbli Madrid klubu həm sağ cinahda, həm də mərkəz yarımmüdafiədə çıxış edə bilən Mastantuononu heyətinə qatıb.
“Real Madrid”dən yayılan rəsmi açıqlamada qeyd olunur:
“'Real Madrid C.F.' Franko Mastantuononun 14 avqust 2025-ci il tarixindən 30 iyun 2031-ci il tarixinə qədər altı mövsüm müddətində klubumuzun oyunçusu olacağını elan edir. Mastantuono 2019-2024-cü illər arasında 'River Pleyt' gənclər akademiyasında yetişmiş, 2024-2025 mövsümündə əsas komandaya yüksəlmişdir. O, fevral 2024-cü ildə 'River Pleyt' tarixində qol vuran ən gənc futbolçu olmuş və eyni zamanda 17 yaşında Argentina millisində rəsmi oyuna çıxan ən gənc oyunçu kimi tarixə düşmüşdür.”
© Copyright 2025, All Rights Reserved