“Man Siti” zirvəyə əyləşdi
“Mançester Siti” zirvəyə yüksəldi, “Börnli” Premyer Liqa ilə vidalaşdı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 34-cü turunda “Mançester Siti” səfərdə “Börnli” üzərində minimal hesablı qələbə qazanıb — 1:0.
Oyunda yeganə qolu artıq 5-ci dəqiqədə Erlinq Haaland vurub və bu erkən qol “şəhərlilər”ə vacib üç xalı qazandırıb:
Börnli 0 - 1 Man Siti
E. Haaland 5’
Qol: https://t.me/doxsanplus/116475
Bu nəticə çempionluq yarışında ciddi dönüş yaradıb. Cəmi 11 gün əvvəl turnir cədvəlində 9 xal geri olan “Mançester Siti” son oyunlardakı uğurlu seriya sayəsində avqustdan bəri ilk dəfə liderliyə yüksəlib. Komanda hazırda “Arsenal”la eyni xala malik olsa da, vurulan qollara görə rəqibini qabaqlayır.
Mövsümün sonuna isə cəmi 5 tur qalır və Premyer Liqada nəsillərin yadda qalacaq çempionluq mübarizəsinin şahidi oluruq.
Digər tərəfdən, bu məğlubiyyət “Börnli” üçün ağır nəticə ilə yadda qalıb. Komanda rəsmi olaraq Premyer Liqanı tərk edərək Çempionşipə yuvarlanıb. Bu, klubun son 5 mövsümdə 3-cü dəfə aşağı liqaya düşməsi deməkdir.
© Copyright 2026, All Rights Reserved