Almaniya Kubokunu “Bayern” uddu! Harri Keyndən 3 qol
"Bayern Münhen” 2020-ci ildən bəri ilk dəfə Almaniya Kubokunu (DFB-Pokal) başı üzərinə qaldırdı.
90plus.az xəbər verir ki, bununla da “Bayern Münhen”in daxili trebl etməsi rəsmiləşdi:
Bundesliqa qalibi
Almaniya Kubokunun (DFB-Pokal) qalibi
Frans Bekkenbauer Superkubokunun qalibi
Bu gün Almaniya Kubokunun final matçında Harri Keyn het-triklə tarix yazdı:
Bayern Münhen 3 - 0 Ştuttqart
H. Keyn 54’ 79’ 90+1’ (p)
Harri Keyn bu mövsüm Almaniya Kubokunun (DFB-Pokal) hər mərhələsində qol vurmuş oldu.
Het-trikindən sonra qürurla kuboku başı üzərinə qaldırdı.
Harri Keyn bu mövsüm “Bayern Münhen”də həqiqətən inanılmazdır:
51 oyun 61 qol 7 assist.
© Copyright 2026, All Rights Reserved