Bruno Fernandeşdən rekord və ürək sözləri
Bruno Fernandeş Premyer Liqa mövsümündə rekord qıraraq 21-ci məhsuldar ötürməsini edib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi 2025/26 mövsümünün son turunda “Brayton" üzərində qazanılan 3:0 hesablı qələbədə Patrik Dorqunun qoluna assist müəllifi olub.
Fernandeş bundan əvvəl 20 assistlə rekordu bölüşürdü. Bu göstərici daha əvvəl Tyerri Anri və Kevin De Bruyneyə məxsus idi.
Premyer Liqa tarixində ən çox assist rekordu isə hələ də Rayan Giqqzə məxsusdur — 162. De Bruyne 119 assistlə ikinci, Sesk Fabreqas 111 assistlə üçüncü pillədədir. Ueyn Runiin hesabında 103, Frank Lempardın isə 102 assist var.
Mövsümün son turunda “Brayton”a qarşı oyunda ikinci qolu Brayan Mbeumo vurub, üçüncü topun müəllifi isə Fernandeş özü olub.
Fernandeşin hazırkı komanda yoldaşları arasında ən çox assist etdiyi futbolçu Kazemirodur — 6 dəfə. O, həmçinin Benyamin Şeşko üçün 4, Mateus Kunya, Dorqu, Mbeumo və Meyson Maunt üçün isə iki dəfə məhsuldar ötürmə edib.
Matçdan sonra Bruno Fernandeş:
“Bu, möhtəşəmdir. Özümü çox xoşbəxt hiss edirəm. Mənim üçün çox qürurverici andır. Açığı, bu qədər yaxınlaşana qədər bu barədə düşünmürdüm. Bu gün buna nail olmaq qismət oldu.
Conni Evans Patrik üçün hazırladığımız standart vəziyyətdə məndən daha çox inanırdı. Açığı, onun başla qol vuracağına tam əmin deyildim. Assistimi etdim, amma əsas məsələ bu gün qalib gəlməyimiz və mövsümü güclü bitirməyimiz idi”.
© Copyright 2026, All Rights Reserved