“Ayaks” penaltilər seriyasında avrokuboklara vəsiqə qazandı
“Ayaks” avrokuboklara penaltilərlə yollandı.
90plus.az xəbər verir ki, Niderland Erediviziyasında UEFA Konfrans Liqasına vəsiqə uğrunda keçirilən pley-off finalı dramatik anlarla yadda qalıb.
"Ayaks” və “Utrext” arasında keçirilən həlledici qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.
Əlavə vaxtda isə azarkeşlər iki qol izləyiblər. Amsterdam təmsilçisini önə Davi Klassen keçirsə də, “Utrext” Civai Zehielin qolu ilə tarazlığı bərpa edib.
Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan “Ayaks” 4:3 hesablı qələbə qazanaraq UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.
Qeyd: Amsterdam klubu Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
© Copyright 2026, All Rights Reserved