Hakim səhvini qəbul etdi, Kroos üsyan etdi
UEFA Antoni Teylorun AVRO-2024-ün Almaniya - İspaniya oyununda (1:2) səhv etdiyini təsdiqlədi
90plus.az xəbər verir ki, İngiltərəli hakim matça əlavə olunmuş vaxtda - 106-cı dəqiqədə Camal Musialanın zərbəsinhdən sonra topun Mark Kukurelyanın əlinə dəyməsinə baxmayaraq, penalti təyin etməyib. İspaniya millisi 119-cu dəqiqədə qələbə qolunu vurmaqla yarımfinala yüksəlib.
Toni Kroosun hakimin səhvini qəbul etməsinə münasibəti:
”Hamının bir saniyəyə gördüyünü anlamaq üçün UEFA-ya 3 ay vaxt lazım gəldi. Onların qərarı məni çox rahatlaşdırır. Rəsmi olaraq təsdiqləyiblərsə, özümü Avropa çempionu adlandıra bilərəm? Belə düşünmürəm”.
Mənbə: Relevo / Sport1
© Copyright 2026, All Rights Reserved