Maktomineyin qolu əks olunmuş əskinas hazırlandı
“Napoli”nin və Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey ilə bağlı maraqlı addım atılıb.
90plus.az xəbər verir ki, Maktomineyin Danimarka millisinə vurduğu möhtəşəm aşırma qolun şərəfinə məhdud sayda 20 funtluq əskinas hazırlanıb.
Cəmi 100 nüsxədə çap edilən xüsusi əskinaslar Şotlandiya millisinin 28 ildən sonra yenidən Dünya Çempionatına vəsiqə qazanmasını qeyd etmək məqsədilə hazırlanıb.
Xatırlatma: Şotlandiya həmin oyunda Danimarkanı 4:2 hesabı ilə məğlub etmiş, Maktomineyin möhtəşəm qolu isə qarşılaşmanın ən yaddaqalan anlarından birinə çevrilmişdi.
Şotlandiyalı futbolsevərlər artıq bu qolu ölkə futbol tarixinin simvolik anlarından biri hesab edir.
© Copyright 2026, All Rights Reserved