İran mundialın ev sahiblərinə şərtlər qoydu
İran İslam Respublikası Futbol Federasiyası 2026-cı il Dünya Çempionatında iştirak etmək niyyətini təsdiqləyib və turnirin ev sahiblərinə bir sıra şərtlər təqdim edib.
90plus.az xəbər verir ki, ABŞ, Kanada və Meksika tərəfindən birgə təşkil olunacaq 2026-cı il Dünya Çempionatına şərtlər maraq doğurub.
Federasiyanın rəsmi bəyanatında qeyd olunur ki, İran milli komandası turnirdə “inanclarına, mədəniyyətinə və prinsiplərinə zərər vermədən” iştirak edəcək.
Bəyanatda deyilir:
“Heç bir xarici qüvvə İranı idman nəticəsinə əsasən vəsiqə qazandığı turnirdə iştirak etməkdən məhrum edə bilməz.”
Federasiya prezidenti Mehdi Tac bildirib ki, İran turnir təşkilatçılarına 10 tələb təqdim edib. Bu tələblərə vizaların vaxtında verilməsi, İranın milli rəmzlərinə və himninə hörmət göstərilməsi, həmçinin hava limanları, otellər və stadionlara gedən yol boyu komanda üçün gücləndirilmiş təhlükəsizlik tədbirlərinin təmin olunması daxildir.
© Copyright 2026, All Rights Reserved