Xames Rodriges karyerasını bitirir
Kolumbiya millisinin sabiq kapitanı Xames Rodrigesin futbolçu karyerasını başa vurmağa hazırlaşdığı deyilir.
90plus.az xəbər verir ki, bu barədə AS Colombia jurnalisti Pipe Sierra məlumat yayıb. Mənbənin iddiasına görə, təcrübəli yarımmüdafiəçi Kolumbiya millisinin heyətində qatılacağı dünya çempionatından sonra peşəkar futbolu tərk etməyi planlaşdırır.
Bildirilir ki, Xames turnir zamanı 35 yaşını qeyd edəcək və artıq qərarı ilə bağlı çıxış etdiyi klub rəhbərliyini məlumatlandırıb.
2014-cü il dünya çempionatındakı möhtəşəm performansı ilə dünya futbolunun diqqət mərkəzinə düşən kolumbiyalı futbolçu karyerası ərzində "Real Madrid", "Bayern Münhen", "Everton" və "Monako" klublarının formasını geyinib.
© Copyright 2026, All Rights Reserved