Vlahoviç iki nəhəngdən birini seçəcək
Duşan Vlahoviç yay transfer dönəmi öncəsi gələcək karyerası ilə bağlı qərarını verib: iki nəhəngdən birini istəyir.
90plus.az xəbər verir ki, "Yuventus"un hücumçusu karyerasını iki Avropa nəhəngindən birində davam etdirmək istəyir. Məlumata görə, serbiyalı futbolçunun əsas prioritetləri "Bayern Münhen" və "Barselona"dır.
İddialara əsasən, Vlahoviçin nümayəndələri artıq hər iki klubla əlaqə saxlayaraq futbolçunun transferə açıq olduğunu çatdırıblar. Bildirilir ki, 25 yaşlı hücumçu ilk mərhələdə əsas heyətdə daimi yer almamağı belə problem hesab etmir və böyük klub layihəsinin bir hissəsi olmağa hazırdır.
Hazırda “Barselona”nın əsas diqqətinin Robert Levandovskinin gələcəyi ilə bağlı məsələyə yönəldiyi qeyd olunur. Kataloniya təmsilçisi polşalı hücumçunun vəziyyətinə aydınlıq gətirdikdən sonra yeni hücumçu transferi ilə bağlı yekun qərar verəcək.
Digər tərəfdən, “Bayern Münhen”in də yayda hücum xəttini gücləndirmək variantlarını nəzərdən keçirdiyi bildirilir. Bu səbəbdən Vlaxoviç Almaniya nəhənginin mümkün addımını da diqqətlə izləyir.
Mənbənin məlumatına görə, serbiyalı futbolçu indi hər iki klubdan birinin rəsmi təşəbbüs göstərməsini gözləyir.
© Copyright 2026, All Rights Reserved