Okan Buruk: "Bu matç bizim üçün rahat keçdi"
Okan Buruk "Fənərbağça" ilə matçdan sonra maraqlı açıqlamaları ilə yadda qalıb.
90plus.az həmin müsahibəni təqdim edir:
"Startdan sonadək oyun bizim üçün çox rahat oldu. Top bizdə olanda irəliyə gedərək qol şansları yaradırdıq. Viktor Osimhen də şanslar yaradırdı. Oyunun sonda "Fənərbaxça"nın da qol imkanları oldu. Oyun stilimdən kənara çıxdım. Oyunu belə başa vurduq. Bir həftədə 3 oyun, 3 qələbə... "Fənərbaxça" səfərindən qələbə ilə ayrılmaq çox gözəldir. Ötənilki görüşdə heç kim xoşbəxt olmamışdı.
O, özünə və komandasına güvəndiyini vurğulayıb: "Hər iki komandanı təbrik edirəm. Ümumilikdə hakim də oyunu yaxşı idarə etdi. Buradan çox yaxşı şəkildə ayrılacağıq. "Qalatasaray" həmişə qələbə qazanmaq üçün meydana çıxır. Bir mənfi nəticə olanda ilk növbədə baş məşqçi sorğu-sual olunur. Özümə və komandama güvənirəm. Bəzən zamana ehtiyacımız olur. "Rizespor"la matçda nələr edə biləcəyimizi göstərdik. Turnir cədvəlində xal fərqi yaratmaq üçün hələ çox tezdir. Sona qədər mübarizə aparmaq istəyirik. İndi avrokuboklardakı matçımıza hazırlaşacağıq. Futbolçulara istirahət verəcəyik".
© Copyright 2026, All Rights Reserved