“Araz”dan 10 futbolçu getdi
“Araz-Naxçıvan”da kütləvi ayrılıq: 10 futbolçu komandadan getdi.
90plus.az xəbər verir ki, yeni mövsümün hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” heyətində ciddi dəyişikliklərə start verib. Naxçıvan təmsilçisi 10 futbolçu ilə vidalaşıb.
Klubun yaydığı məlumata əsasən, müqavilə müddəti başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqeş, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə əməkdaşlıq davam etdirilməyəcək. Rəhbərlik adıçəkilən futbolçulara komandaya verdikləri töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd: “Araz-Naxçıvan” bundan əvvəl Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə yeni müqavilə imzalayaraq onların komandada qalmasını rəsmiləşdirib.
© Copyright 2026, All Rights Reserved