“Marsel”i avrokubok qadağası gözləyir
Marsel”i UEFA təhlükəsi gözləyir – Avropa Liqasından kənarda qala bilər.
90plus.az xəbər verir ki, Fransanın köklü klublarından olan “Marsel” ciddi problemlə üz-üzə qalıb. Məlumata görə, UEFA maliyyə qaydalarının pozulması səbəbindən klub barəsində sanksiya tətbiq etməyi nəzərdən keçirir.
Bildirilir ki, Marsel təmsilçisi son illərdə yaranan maliyyə çətinlikləri fonunda UEFA ilə əldə olunmuş maliyyə razılaşmasının şərtlərini tam yerinə yetirə bilməyib. Bu səbəbdən klubun avrokuboklarda iştirakı təhlükə altına düşüb.
Əgər UEFA tərəfindən sərt qərar qəbul olunarsa, “Marsel” növbəti mövsüm Avropa Liqasında çıxış etmək hüququnu itirə bilər.
Qeyd: Fransa klubu 2025/26 mövsümündə Liqa 1-i 5-ci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanmışdı. Lakin meydanda əldə olunan nəticələrin avrokuboklarda iştirak üçün kifayət edib-etməyəcəyi artıq UEFA-nın yekun qərarından asılı olacaq.
Hazırda klub rəhbərliyinin vəziyyəti düzəltmək və mümkün sanksiyaların qarşısını almaq üçün UEFA ilə danışıqlar apardığı bildirilir.
© Copyright 2026, All Rights Reserved