DÇ-2026: Ən çox futbolçunu “Man Siti” verir
2026-cı il dünya çempionatında ən çox təmsil olunacaq klubun adı müəyyənləşib. İngiltərənin “Mançester Siti” komandası mundiala göndərəcəyi futbolçuların sayına görə bütün rəqiblərini qabaqlayıb.
90plus.az xəbər verir ki, “Şəhərlilər”in heyətində yer alan 19 futbolçu turnirdə 12 fərqli milli komandanın formasını geyinəcək. Bu göstərici Premyer Liqa təmsilçisini dünya çempionatında ən geniş təmsil olunan klub edir.
Siyahıda ikinci yerdə Almaniyanın “Bayern Münhen” klubu qərarlaşıb. Münhen təmsilçisi mundiala 18 oyunçu göndərəcək. İlk beşliyi isə “Arsenal” (16), PSJ (16) və “Barselona” (15) tamamlayır.
Dünya çempionatı tarixinin ən böyük turniri olacaq 2026-cı il mundialı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə üç ölkənin birgə ev sahibliyi edəcəyi yarışda 48 milli komanda iştirak edəcək. Turnir çərçivəsində ümumilikdə 104 oyunun baş tutması nəzərdə tutulur.
Dünya çempionatına ən çox futbolçu göndərən klublar:
• “Mançester Siti” – 19 oyunçu (12 milli komanda)
• “Bayern Münhen” – 18 oyunçu (10 milli komanda)
• “Arsenal” – 16 oyunçu (10 milli komanda)
• PSJ – 16 oyunçu (9 milli komanda)
• “Barselona” – 15 oyunçu (8 milli komanda)
© Copyright 2026, All Rights Reserved