“Bayern” Salibari ilə razılaşdı
“Bayern Münhen” “PSV”nin ulduzuna yönəlib – Saibari ilə şəxsi razılıq əldə olundu.
90plus.az xəbər verir ki, Almaniyanın “Bayern” klubu Niderlandın “PSV” komandasının yarımmüdafiəçisi İsmail Saibari transferində ciddi addım atıb.
Fabrisio Romanoya görə, Münhen təmsilçisi 25 yaşlı futbolçu ilə şəxsi şərtlərdə verbal razılıq əldə edib. Saibari artıq klubun baş məşqçisi Vinsent Kompani ilə də danışıqlar aparıb və bu keçidə müsbət yanaşdığı bildirilir.
Hazırda transferin reallaşması üçün Bavariya klubu ilə “PSV” arasında klublararası danışıqlar davam edir. Niderland çempionu futbolçu üçün təxminən 60 milyon avro tələb edir.
Saibari 2025/26 mövsümündə “PSV” forması ilə Erediviziyada 27 oyuna çıxaraq 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun hazırkı performansı Avropanın bir neçə top klubunun diqqətini çəkib. Daha əvvəl Paris Sen-Jermen də futbolçu ilə maraqlanmışdı.
Münhen təmsilçisinin bu transferdə əsas məqsədinin hücum xəttini gücləndirmək olduğu bildirilir. Luis Dias və Maykl Olise əsas cinah seçimləri olsa da, Jamal Musialanın zədədən yeni qayıtması və Serj Qnabri kimi futbolçuların yoxluğu fonunda Saibari komanda üçün əlavə variant kimi dəyərləndirilir.
Almaniya nəhəngi yay transfer pəncərəsində hücum xəttinə yeni güc qatmaq niyyətindədir və Saibari bu planın əsas hədəflərindən biri kimi göstərilir.
© Copyright 2026, All Rights Reserved