Umarali Rahmonaliyev mundiala getmir
"Sabah"dan Rahmonaliyev mundialdan kənarda qaldı.
90plus.az xəbər verir ki, Özbəkistan millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Baş məşqçi Fabio Kannavaro mundiala aparacağı 26 futbolçunu müəyyənləşdirib.
Yekun siyahıda Azərbaycan çempionu və kubokunun qalibi olan “Sabah”ın üzvü Umarali Rahmonaliyevin adına yer verilməyib. 22 yaşlı yarımmüdafiəçi daha əvvəl açıqlanan 30 nəfərlik geniş heyətə daxil edilsə də, son seçimdən kənarda qalıb.
Rahmonaliyev başa çatan mövsümdə “Sabah”ın əsas fiqurlarından biri olub. O, bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd: Özbəkistan millisi dünya çempionatının qrup mərhələsində Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved