“Real Madrid” İbrahima Konateni alhaaldır!
"Real Madrid" İbrahima Konate transferini bitirir – razılıq əldə olundu.
90plus.az xəbər verir ki, İspaniyanın “Real Madrid” klubu Fransanın “Liverpul” müdafiəçisi İbrahima Konate transferində mühüm addım atıb. Məlumata görə, tərəflər arasında verbal razılıq əldə olunub.
27 yaşlı fransalı futbolçu ilə 4 illik müqavilə imzalanması planlaşdırılır. Transferin yekunlaşması isə klub prezidenti Florentino Peresin yenidən seçilib-seçilməməsindən asılı ola bilər.
Bildirilir ki, Konate Səudiyyə Ərəbistanından gələn təklifləri də bir kənara qoyaraq “Real Madrid”ə keçməyə üstünlük verib.
Futbolçu “Liverpul”la müqaviləsinin başa çatmasından sonra – iyun ayının sonunda azad agent kimi Madrid klubuna qoşula bilər. İngiltərə təmsilçisi artıq Konatenin mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.
Daha əvvəl futbolçu ilə müqavilənin uzadılması istiqamətində danışıqlar aparılsa da, tərəflər maaş və dəyər məsələsində razılığa gələ bilməyib.
Konate 2021-ci ildə “Leypsiq”dən 35 milyon funt qarşılığında “Liverpul”a transfer olunmuşdu və bu müddətdə 183 oyunda meydana çıxaraq komandanın Premyer Liqa, İngiltərə Kuboku və iki Liqa Kuboku qazanmasında iştirak edib.
Qeyd: Konate “Real Madrid”ə son iki mövsümdə “Liverpul”dan azad agent kimi keçən ikinci futbolçu olacaq. Daha əvvəl Trent Aleksander-Arnold da eyni yolla Madrid klubuna qoşulmuşdu.
© Copyright 2026, All Rights Reserved