Çempionlar Liqası: Zubir yalnız Vitinyadan geri qaldı
UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün statistik göstəriciləri açıqlanıb və “Qarabağ”ın iki futbolçusu fərdi göstəriciləri ilə diqqət çəkib.
90plus.az xəbər verir ki, UEFA-nın “FedEx Performance Zone” hesabatına əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə 45 seyv edərək ən yaxşı qolkiperlər siyahısında 4-cü yeri tutub. Polşalı qapıçı bu göstəricidə yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Komandanın yarımmüdafiəçisi Abdullah Zubir də fərdi statistikada ön sıralarda qərarlaşıb. Fransalı futbolçu rəqib meydanının son üçdəbir hissəsində apardığı mübarizələrin 14-də qalib gələrək bu kateqoriyada ikinci pilləni bölüşüb. Zubiri yalnız PSJ-nin yarımmüdafiəçisi Vitinya qabaqlayıb.
Beləliklə, “Qarabağ”ın iki üzvü Çempionlar Liqasının 2025/26 mövsümünün ən yaxşı fərdi göstəricilərinə sahib oyunçular arasında yer almağı bacarıb.
© Copyright 2026, All Rights Reserved