Mundial: Messi tək otaqda qalacaq
Messi bu dəfə də tək qalacaq – Argentina millisində otaq bölgüsü məlum oldu.
90plus.az xəbər verir ki, 2026-cı il dünya çempionatı öncəsi Argentina millisinin düşərgəsində maraqlı detal üzə çıxıb. Komandanın kapitanı Lionel Messi turnir ərzində milli komandanın düşərgəsində otaqda tək qalacaq.
ABŞ-ın Kanzas şəhərinə çatan Argentina yığmasının daxili təşkilati məsələləri də müəyyənləşib. Məlumata görə, 38 yaşlı ulduz futbolçu istirahətinə və rahatlığına daha çox diqqət ayırmaq üçün ayrıca otaqda qalmağı seçib.
Bu, Messi üçün yeni təcrübə deyil. O, eyni qaydadan 2022-ci ildə Qətərdə keçirilən və Argentina millisinin çempionluğu ilə başa çatan dünya çempionatında da istifadə etmişdi. Daha əvvəl isə o, uzun illər yaxın dostu Serxio Aquero ilə eyni otağı bölüşürdü. Aqueronun karyerasını başa vurmasından sonra Messi beynəlxalq turnirlərdə özünə yeni otaq yoldaşı seçməyib.
Argentina millisinin digər futbolçuları isə ənənəvi qaydada otaqları paylaşacaqlar. Təcrübəli oyunçular Rodriqo De Paul və Nikolas Otamendi eyni otaqda qalacaq. Baş məşqçi Lionel Skaloninin komandasında digər futbolçular üçün də ikinəfərlik otaq bölgüsü tətbiq olunub.
Qeyd: Argentina millisi dünya çempionatında son çempion kimi iştirak edəcək. Cənubi Amerika təmsilçisi ardıcıl ikinci dəfə mundialın qalibi olmağa çalışacaq. Sonuncu dəfə buna 1962-ci ildə Braziliya millisi nail olub.
© Copyright 2026, All Rights Reserved