Cavid İmamverdiyev “Ağsu Siti”də
Cavid İmamverdiyev Region Liqasında çıxış edəcək.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Cavid İmamverdiyev karyerasını yeni komandada davam etdirəcək. Təcrübəli yarımmüdafiəçi Region Liqasında mübarizə aparan "Ağsu Siti"nin futbolçusu olub.
Klubun yaydığı məlumata görə, tərəflər arasında rəsmi müqavilə imzalanıb. Beləliklə, 36 yaşlı futbolçu növbəti mövsümdə Ağsu təmsilçisinin uğurları üçün çalışacaq.
Peşəkar karyerası ərzində müxtəlif klubların formasını geyinən İmamverdiyev "Neftçi", Türkiyənin "Elazığspor", eləcə də "Sumqayıt", "Sabah", "Keşlə", "Kəpəz", "Şəki" və "Zəngəzur"da çıxış edib.
Yarımmüdafiəçi Azərbaycan milli komandasının heyətində də forma geyinib. O, yığmada keçirdiyi 11 oyunda 1 dəfə fərqlənməyi bacarıb.
© Copyright 2026, All Rights Reserved